AZ

Netanyahu Qərbi Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərməyə ÇAĞIRDI

İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrindən Beynəlxalq Cinayət Məhkəməsinə təzyiq göstərmələrini istəyib.

"Unikal" xəbər verir ki, Netanyahu bununla bağlı "X" platformasında videomüraciət ünvanlayıb.

Onun sözlərinə görə, azad dünya liderləri Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin özünümüdafiə hüququna qarşı hücumlarına qəti şəkildə müqavimət göstərməlidir.

"Onların bu təhlükəli addımı dayandırmaq üçün əllərində olan bütün imkanlardan istifadə edəcəklərini gözləyirik", - baş nazir deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl "The New York Times" Beynəlxalq Cinayət Məhkəməsinin HƏMAS liderlərinin, eləcə də İsrailin bir sıra yüksək vəzifəli dövlət məmurlarının həbsinə order verəcəyi barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail rəsmiləri Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaqda və HƏMAS-ın 7 oktyabr tarixli hücumuna hədsiz sərt reaksiya verməkdə ittiham oluna bilər.

Seçilən
290
45
Mənbələr
Şərh ()
Bağla