AZ

"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"

Gürcüstanda "Xarici təsirin şəffaflığı barədə" qanunun tənqidi
 
Qərbin Gürcüstana "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməmək barədə israrlı çağırışları riyakarlıqdan başqa bir şey deyil.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Yunge Welt" nəşri yazıb.
 
Vaşinqton və Brüssel onlara sərf etməyən  narrativləri "dezinformasiya" kimi qadağan etməklə heç də yaxşı hərəkət etmir.
 
"Üç element nəzəriyyəsi"nə görə, dövlət: a) torpaq səthinin sahəsindən (dövlət ərazisi); b) orada yaşayan öz xalqı adlandırdığı insanlardan; c) dövlətin öz ərazisi sərhədlərində həyata keçirdiyi hakimiyyətdən ibarətdir.
 
Bu konstruksiya tavtalojidir, çünki məhz mübahisə doğurmayan hakimiyyət ərazini və onun sərhədlərini müəyyən edir, dövlətin xalqına kimin məxsus olmasını və deməli kimin məxsus olmamasını həll edir. 
 
İstənilən halda siyasi praktika artıq sırf formalizm çərçivəsindən xeyli kənara çıxıb. Bu yaxınlarda, cümə günü federal kansler Gürcüstan baş naziri İrakli Kobaxidzeni qəbul edib və onun vicdanına çağırış edib:
 
"Cəmiyyətin şəffaflığı" haqqında qanun Gürcüstanda qəbul edilməməlidir, çünki "Avropa prinsiplərinə ziddir". Avropa İttifaqı gözləyir ki, əgər Gürcüstan Avropa İttifaqının üzvü olmaq niyyətinə ciddi yanaşırsa,  bu təndiqi nəzərə alacaq. Şolts həmçinin "hökumətlə müxalifət arasında dinc dialoqa" çağırış edib.
 
Üç gündən sonra Gürcüstanın Avropa İttifaqı tərəfdarlarından cavab gəlib. Onlar hakim partiyası fraksiyasının rəhbərini parlamentə adıçəkilən qanunu təqdim etməyə cəhd göstərərkən onu tribunadan uzaqlaşdırıblar. 
 
"Avropayönlülər" tərəfindən səsləndirilən tənqidin mahiyyəti ondan ibarətdir ki, bu qanun Rusiyanın "xarici agentlər" haqqınd qanuna oxşayır, çünki öz vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar ildə bir dəfə bunu bəyan etməlidir.
 
Hər şey tərsinədir. Avropa İttifaqı və ABŞ Gürcüstan kimi balaca dövlətin gücündə olmayan fəaliyyətin ödənilməsi imkanının olması hüququna israr edir. Söhbət digər ölkələrdə paralel ictimai təşkilatlar təşkil etmək hüququndan gedir.
 
Gürcüstanın "vətəndaş cəmiyyətinin" böyük bir hissəsi Vaşinqton və Brüssel tərəfindən dəstəklənir. Belə demək mümkünsə, qoy onlar Gürcüstanda hansısa assosiasiyaları maliyyələşdirsin, onlar sonra çörəyini yemədiyi adamlar haqqında mahnı oxuyacaq.
 
Lakin özlərinin qurumlarının "xarici agent" elan ediləcəyindən ehtiyat edən elə həmin Qərb hökumətləri Rusiya və ya Çindən az olmayan həvəslə internetdə məhdudiyyətlər müəyyən edir və onlardan asılı olmayaraq ayrı-ayrı ictimai təşkilatları "dezinformasiya" mənbələri elan edir.
 
Bütün dövlətlər hazırda öz dövlət ərazisini "informasiya məkanı" haqqında postulatla tamamlayır, bu məkanda onların dünyadakı vəziyyətin interpretasiyasının həqiqiliyinə iddia edə bilər.
 
Söhbət ağıllar üzərində nəzarətdən gedir ki, arzu olunmayan məsələlər istisna edilsin. İmmanuel Kantın dediyi kimi: "Özünün dərrakəndən istifadə etmək cəsarətin olsun". Bu, o zamanlar kilsənin ehkamlarına zidd olub, indi isə "informasiya məkanında" müstəsnalıq iddialarına ziddir.
 
Müəllif: Raynhard Lauterbax
Seçilən
135
45
Mənbələr
Şərh ()
Bağla