AZ

GÜRCÜSTANDA RUSİYAPƏRƏST QANUN LAYİHƏSİ YENİDƏN ARANI QARIŞDIRDI

Paytaxt Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz olaraq “Rusiya qanunlarına yox” adlı aksiya davam edib.Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə parlament binasının qarşısına toplaşmış nümayişçilər hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiya iştirakçıları bir neçə dəqiqə əvvəl parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyasının iştirakçıları Xarici İşlər Nazirliyinə doğru yürüş ediblər. Təşkilatçıların fikrincə, Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni dərc etdikdən sonra, hökumət və Xarici İşlər Nazirliyi vətəndaşların səsini eşitməlidir.Avropa Parlamenti hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı qətnamə qəbul edib.Ölkə prezidenti də adı çəkilən və mübahisələrə yol açan qanun layihəsinin əleyhinə çıxış edib...A.Məmmədli

Seçilən
158
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq