AZ

Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq

Yaz aylarında bəzi məhsulların qiymətində ucuzlaşma və bahalaşma müşahidə olunur. Bu tendensiya xüsusən meyvə və tərəvəzlərdə özünü daha qabarıq göstərir. Buna səbəb nədir? Hazırda bazarda hansı məhsulların qiyməti ucuzlaşmaqdadır? 
 
Moderator.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Akif Nəsirli Yenisabah.az-a açıqlamasında qiymətin fəsilə görə dəyişdiyini bildirib:
 
“Əksər  məhsullar nübar məhsullardır. Bol olan kənd təsərrüfatı məhsulları zamanla ucuzlaşacaq. Məsələn, çiyələk ilkin mərhələdə baha olacaq, lakin bollaşdıqca ucuzlaşacaq.  Göy-göyərti, soğan, sarımsaq, pomidor, xiyar da bu sıraya daxildir.”
 
Ekspert mövsümi meyvələrin hələ satışa çıxmadığını vurğulayıb:
 
“Bazarlarda satılan meyvələr keçən ilki məhsullardır. Yeni meyvələr bağlarda yetişmədiyi üçün satışa çıxarılmayıb. Bu səbəbdən də yeni məhsullar satışa çıxarılana qədər bazarda bahalaşma müşahidə ediləcək. Mövsümi meyvələr bazara çıxarıldıqca qiymətlərin aşağı düşməsi gözlənilir. Həmçinin burada məhsulun bol olması da rol oynayır ki, qıtlıq olmadığı təqdirdə mövsümü meyvələrin qiyməti ucuzlaşacaq. Bundan əlavə olaraq süd və süd məhsullarında da qiymət dəyişikliyi gözlənilir”.
 
A.Nəsirli alma, armud, portağal kimi meyvələrin qiymətinin bahalaşacağını da vurğulayıb.
Seçilən
99
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1368
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
955
Bu yol qovşağında təmir işləri aparılacaq
614
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
441
Bakıda 9 otaqlı evdə yanğın baş verib
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
377
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
344
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
311
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
311
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
259
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
223
Çingiz Mustafayevin toyudur - FOTOLAR
222
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
190
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
170
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
140
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
104
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
96
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
93