AZ

Alonso müqavilə müddətini uzatdı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini daha 2 illiyə uzadıb.

“Football-plus.az” xəbər verir ki, bu haqda xəbəri “Formula-1”də yarışan komandanın mətbuat xidməti yayıb. 42 yaşlı pilotun yeni müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Onun indiki müqaviləsinin müddəti isə cari mövsümün sonunda bitəcəkdi. Komandanın saytına açıqlama verən Alonso bunları deyib:
“Mən burdayam, qalıram. 2027-ci ildə də dünya çempionatında çıxış edəcəyəmmi? Bunu demək çətindi. Nə vaxt karyerama son qoyacağımı, yarışlardan çəkiləcəyimi öncədən deyə bilmərəm. Hər halda, bu hadisə 2025-ci və ya 2026-cı ildə baş verməyəcək. Çıxışımı davam etdirməklə bağlı motivlərdən ikisi yeni reqlamentin işə düşməsi və “Honda” ilə çalışmaq imkanıdı. Belə deyək: ən azı iki il də burdayam”.


Xatırladaq ki, Alonso 2001-ci ildə “Formula-1” üzrə dünya çempionatında debüt edib, ikiqat dünya çempionu, üçqat vitse-çempiondu. İspaniyalı pilot mövsüm (21) və “Qran-pri” (382) sayına görə rekordçudu.

Bu arada İtaliyanın ünlü “Gazzetta dello Sport” nəşri “Ferrari”nin 29 yaşlı pilotu Karlos Saynsın “Mersedes”lə müqavilə bağlayacağını iddia edib. Adı çəkilən qaynağa inansaq, müqavilə müddəti iki il (1+1) olacaq. Xəbərdə o da iddia olunur ki, “Mersedes” Maks Ferstappen “Red Bull” rəhbərliyi ilə münaqişə üzündən bu komandadan ayrılacağı təqdirdə niderlandlını heyətinə qatacağına ümid edirmiş. Ancaq hazırda hadisələrin belə axar üzrə inkişafı real görünmür. Saynsın “Ferrari”dəki yerini isə gələn mövsüm “Mersedes”in pilotu Lüis Hemilton tutacaq. Beləcə komandalar arasında özünəməxsus dəyiş-düyüş gerçəkləşəcək.

Xatırladaq ki, “Formula-1” üzrə dünya çempionatının cari mövsümündə ilk dörd mərhələ arxada qalıb. Alonso şəxsi hesabda 4-cü, Hemilton isə 9-cu yerdə qərarlaşıb.
Bu arada Beynəlxalq Avtomobil Federasiyası dünya çempionatının 2025 mövsümü üçün təqvimini açıqlayıb. Yeni mövsüm martın 14-16-sı aralığında keçiriləcək Avstraliya mərhələsi ilə start götürəcək. Mövsümə dekabrın 5-7-si aralığında keçiriləcək Birləşmiş Ərəb Əmirlikləri mərhələsi ilə yekun vurulacaq. 24 mərhələdən ibarət olacaq yeni mövsümün iştirakçıları Bakıya nə vaxt gələcək? Təbii ki, bu sual bizi daha çox maraqlandırır. Bu il olduğu kimi, gələn il də dünyanın ən güclü pilotları Bakı küçələrində sentyabrda şütüyəcək. Sadəcə, bu il həlledici mərhələ sentyabrın 15-nə, gələn il isə 21-nə təsadüf edəcək.

“Formula-1”in prezidenti və icraçı direktoru Stefano Domenikali gələn ilin təqvimi haqda bunları deyib:
“2025 bizim üçün xüsusi il olacaq. Ona görə ki, “Formula-1”in 75 illiyini qeyd etməyə hazırlaşırıq. Tarixi irs və indiyəqədərki təcrübə sayəsində belə cəlbedici təqvim hazırlamışıq. Yenidən bütün dünyanı əhatə edən 24 trassda yarışları keçirəcəyik, milyonlarla azarkeşə məmnunluq bəxş edən yarışlar olacaq. Beynəlxalq Avtoidman Federasiyasına, promouterlərimizə və tərəfdaşlarımıza, həmçinin bütün milli federasiyalara ümumi işə sadiqliyə və dəstəyə görə minnətdarıq. Bütün bunlar “Formula-1” üçün daha bir maraqlı mövsüm vəd edən təqvimi qurmaqda yardım etdi. Həmçinin bu idman növünün qəhrəmanları olan komandalarımızın və pilotlarımızın, çempionatı qeyri-adi entuziazmla izləyən, dünyanın müxtəlif ölkələrindən olan azarkeşlərimizin haqqını vermək lazımdı”.
Seçilən
119
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
845
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
561
Bu yol qovşağında təmir işləri aparılacaq
374
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
365
Sabah 5 kəndin qazı kəsiləcək
257
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
216
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
213
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
200
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
154
Çingiz Mustafayevin toyudur - FOTOLAR
138
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
129
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
115
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
90
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
65
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
42