AZ

Zelenskiyə sui-qəsd hazırlayan polşalı saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanları polşalı həmkarları ilə birlikdə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən Polşa vətəndaşını saxlayıb. Bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu məlumat yayıb.

Müstəntiqlərin fikrincə, şübhəli “öz təşəbbüsü ilə” Rusiya Silahlı Qüvvələrinin komandanlığının nümayəndələri ilə əlaqə yaradıb və Rusiya hərbi kəşfiyyatı üçün işləməyə hazır olduğunu bildirib. Onun vəzifəsinin Polşanın Jeşuv-YAsenka hava limanının təhlükəsizliyi haqqında məlumat toplamaq və ötürmək olduğu güman edilir.

“Bu, Rusiya xüsusi xidmət orqanlarına Zelenskinin Polşada olduğu müddətdə həyatına mümkün sui-qəsdi planlaşdırmağa kömək etməli idi”, - Ukrayna prokurorluğunun bəyanatında deyilir.

Ukrayna prokurorları və UTX polşalı həmkarlarını təhlükə barədə məlumatlandırıb və onlara “işdə əsas sübutlar” veriblər. Şübhəli şəxs Polşada saxlanılıb.

Polşa prokurorluğu saxlanılan şəxsi “Polşaya qarşı xarici kəşfiyyatın maraqlarına uyğun hərəkət etməyə hazır olmaqda” ittiham edib. Bu maddə (Polşa Cinayət Məcəlləsinin 130-cu maddəsinin 3-cü bəndi) səkkiz ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Polşa prokurorluğunun açıqlamasında şübhəlinin adının Pavel K. olduğu bildirilir. Varşava Rayon Məhkəməsi onu həbs edib.

Seçilən
92
14
Mənbələr
Şərh ()
Bağla