AZ

Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir

Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı qərar imzalayıb. Qərar Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklikləri özündə ehtiva edir.

“Report” xəbər verir ki, qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3 -dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər və maksimal sürəti 50 km/saatdan çox olan elektrik mühərrikli velosipedlər üçün 15 % səviyyəsində idxal gömrük rüsumu tətbiq olunacaq.

Mayın 17-dən qüvvəyə minəcək bu qərar Azərbaycanda elektromobillərdən istifadənin genişləndirilməsinə yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir. Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin dünənki iclasında elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin - EDM əhatə dairəsinin genişləndirilməsi, bu sahədə zəruri infrastrukturun yaradılması, onların dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin görülməsi, habelə bu işlərə sahibkarlıq subyektlərinin cəlb olunması məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi və digər zəruri məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan öz hədəflərində tək deyil. Dünyanın bir çox ölkələri elektrikli avtomobillərdən istifadəni təşviq etmək üçün oxşar addımlar atır. Məsələn, Norveçdə elektromobillər artıq satılan bütün yeni avtomobillərin yarıdan çoxunu təşkil edir. Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çin elektromobil infrastrukturunun inkişafına milyardlarla dollar sərmayə qoyur.

Hökumətin görülən və görüləcək yeni tədbirləri, şübhəsiz ki, Azərbaycanda elektromobil bazarının inkişafına töhfə verəcək. İndi sadəcə elektrikli avtomobillərin benzin və dizellə işləyən avtomobilləri nə qədər tez əvəz edə biləcəyini görmək üçün gözləmək qalır.

Dünyada olduğu kimi, Azərbaycanda da elektromobillərin satışına təsir edən əsas amil enerji doldurma məntəqələrinin əlçatanlığıdır. Avtomobili enerji ilə doldurmaq üçün imkan olmayacaqsa, elektromobilləri almağın mənası da olmayacaq.

Məlum olduğu kimi, hər on elektrikli avtomobilə bir enerji doldurma stansiyası düşməlidir. Əhalisinin elektromobillərdən aktiv istifadə etdiyi ölkələrdə bu normativə əməl olunur.

Hazırda ölkədə 4 minə yaxın elektromobil və cəmi 33 enerji doldurma məntəqəsi fəaliyyət göstərir ki, onlar da əsasən Bakıda yerləşir. Buradan belə qənaətə gəlirik ki, ölkədə enerji doldurma məntəqələrinin sayı 400-ü ötməlidir. İlin sonuna qədər elektromobil parkının 8 min ədədə qədər arta biləcəyini nəzərə alsaq, 800 stansiyaya ehtiyac olacaq.

Sürücülər üçün yanacaq əvəzinə elektrik enerjisindən istifadə etmək daha sərfəlidir. Məsələn, bir avtomobili 220 voltluq rozetkadan doldurmaq benzinlə müqayisədə beş dəfə ucuzdur. Kommersiya obyektlərində 1 kVt/saat 0,20-0,50 manata başa gələcək. Stansiya şəhərdən kənarda yerləşərsə, akkumlyatorun doldurulması, ola bilsin, bir qədər baha başa gəlsin.

Məlum olduğu kimi, Azərbaycanda çoxlu günəş və külək ehtiyatları var ki, onlardan elektrikli avtomobillərin enerji doldurma stansiyaları və digər ehtiyaclar üçün elektrik enerjisi istehsal oluna bilər.

Hökumətin yeni tədbirləri, şübhəsiz ki, istixana qazı emissiyalarının azaldılmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və yeni iş yerlərinin yaradılmasına kömək edəcək. Elektromobillər heç bir zərərli qaz buraxmır, bu da atmosferdəki istixana qazı həcmlərini azaltmağa və iqlim dəyişikliyini yumşaltmağa kömək edir. Bundan əlavə, elektromobillər bərpa olunan enerji mənbələrindən (BOEM) əldə edilə bilən elektrik enerjisi ilə işləyir və bu, qalıq yanacağın başqa məqsədlər üçün istifadəyə kömək edəcək.

Son illər Azərbaycan hökuməti BOEM infrastrukturunun, məsələn, günəş və külək elektrik stansiyalarının inkişafına fəal sərmayələr yatırır.

Bundan əlavə, gələcəkdə hökumət elektromobilləri istehlakçılar üçün daha əlçatan eləmək məqsədilə onların istehsalçılarına subsidiyalar verə və ya vergi güzəştləri tətbiq edə bilər.

Ümumiyyətlə, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri qalıq yanacaqlardan daha az asılı olacaq daha dayanıqlı iqtisadiyyatın yaradılmasına yönəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il ölkəyə 386,3 milyon ABŞ dolları dəyərində 14,1 minə yaxın hibrid avtomobil, o cümlədən 125,3 milyon ABŞ dolları dəyərində 3,1 min ədəd elektromobil idxal edilib. Yəni 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib.

Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
19751
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19061
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18119
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17422
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16044
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15933
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
15769
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15191
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11691
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11188
"Zaur, yenə çaşdın..." - VİDEO
8785
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7866
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7483
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
7434
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7300
Minimum əmək haqqı nə qədər arta bilər?
6999
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6826
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6052
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5687