AZ

“Fanatik” Qurban Qurbanovun “Beşiktaş” məsələsini “nöqtələdi”

Anar Hacıyev: “O, karyerasına “Qarabağ”da davam etmək istədiyini bildirib”

“Qarabağ”ın baş məqçisi Qurban Qurbanovun adının “Beşiktaş”la yanaşı hallandığından xəbəriniz var. Türkiyə nəhənginin Fernando Santuşla yollarını ayırmasından sonra bu yöndə xəbərlərin sayı kəskin artıb. Müxtəlifmedia qurumları gah tərəflər arasında ilkin razılığın əldə olunduğunu, gah mütəxəssinin klubun təklifini geri çevirdiyini, gah da ümumiyyətlə, belə hadisələrin baş vermədiyini yazır.

Nəhayət, Türkiyənin “Fanatik” nəşri söz-söhbətə son qoymaq və məsələyə aydınlıq gətirmək məqsədilə “Qarabağ”ın rəsmi mövqeyini öyrənib. Qardaş ölkədən olan həmkarımız Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən açıqlama alıb. Klub rəsmisi məsələ haqda bunları deyib:

“Baş məşqçimizin karyerasına “Beşiktaş”da davam edəcəyi haqda xəbərlər ölkəmizdə də yayılıb. Klubun bununla bağlı həm rəsmi, həm də qeyri-rəsmi şəkildə hansısa məlumatı yoxdu. Xəbərlər həqiqəti əks etdirmir. Qurban Qurbanov özü də dəfələrlə mətbuat konfranslarında iddialarla bağlı açıqlama verib. O, karyerasına “Qarabağ”da davam etmək istədiyini bildirib”.

Qeyd edək ki, Qurban Qurbanovun “Qarabağ”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatır.

KƏNAN BAHADIR
Seçilən
165
50
Mənbələr
Şərh ()
Bağla