AZ

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Milli

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Tahir Rzayev bildirib ki, bu gün dünyada baş verən iqlim dəyişikliklərinin, digər problemlərin müəyyən çətinliklər yaratdığını, qida çatışmamazlığının, qida zəhərlənmələrinin insanların səhhətinə ciddi təsir göstərdiyini söyləyib. Vurğulayıb ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətdə ardıcıl olaraq həyata keçirilən tədbirlər dövlətimizin başçısının bu sahəyə göstərdiyini diqqət və qayğının bariz nümunəsidir. O, ölkə Prezidentinin insan amilinə, Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına böyük önəm verdiyini qeyd edib.

Sonra çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mövzunun aktuallığını qeyd edib, qida təhlükəsizliyinin ölkədə yaradılan tarladan və fermadan süfrəyə qədər qida zəncirinin bütün mərhələlərini əhatə edən nəzarət sistemi olduğunu söyləyib. O, 2018-ci ildə yaradılan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti barədə məlumat verib.

“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”ndan danışan Q.Təhməzli sənədin vacib məsələlərdən birinin qida təhlükəsizliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu deyib. O, həmçinin ölkə ərazisinə idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətin həyata keçirilməsindən bəhs edib, Agentliyin auditorları tərəfindən aparılan yoxlamalar barədə məlumat verib.

Digər çıxış edənlər - parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov insan sağlamlığının təmin edilməsi üçün sağlam və düzgün qidalanmanın ən zəruri amillərdən olduğunu bildirib, qida təhlükəsizliyi məsələsinin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, ərzaq təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Eyni zamanda, ərzaq məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin olunması ilə bağlı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində görülən işlər barədə məlumat verilib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov qida təhlükəsizliyi ilə bağlı məhsulların idxalı və ixracı zamanı sərhəd-keçid məntəqələrində nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkənin iqtisadi potensialının artırılmasında ərzaq təhlükəsizliyinin təmin olunmasının, əhalinin sağlamlığının qorunmasının vacib amillərdən olduğunu söyləyib. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra çıxış edən İqtisadiyyat Nazirliyinin Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova ölkəmizdə istehsal olunan qida məhsullarının ekoloji cəhətdən təmizliyi, keyfiyyətinin yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin təminatı üçün istehlakçılar tərəfindən müvafiq qaydalara riayət edilməsinin vacibliyi vurğulayıb, qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısının alınması, istehlakçıların sağlamlığının qorunması istiqamətində görülən işlərdən danışıblar.

Sonra deputatların mövzu ilə bağlı fikir və qeydləri dinlənilib, Qoşqar Təhməzli qaldırılan məsələlərə münasibət bildirib.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21197
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19337
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18273
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17678
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16880
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16691
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16104
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15528
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11999
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11273
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9183
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8363
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8007
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7536
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7174
Minimum əmək haqqı nə qədər arta bilər?
7094
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6368
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5772