AZ

Başlıbel kənd sakini: “Mən öz dayımı belə, kənddən çıxara bilmədim” - FOTO

Bu gün Başlıbel faciəsinin ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür.

Başlıbel kənd sakini Əməkdar müəllim Hüseyn Şahbəndəyev hadisə ilə bağlı seher.media-a danışıb.

O bildirib ki, Kəlbəcər rayonunun ən iri yaşayış məntəqələrindən olan Başlıbel həm də rayonun ən abad və hərtərəfli inkişafa malik olan kəndlərindən biri olub.

“Heç kəs Kəlbəcərin ermənilər tərəfindən işğal olunmasına inanmaq istəmirdi. Hamı elə düşünürdü ki, bu da erməni təxribatının bir formasıdır və yəqin ki, ötüb gedəcək. Buna görə də, Başlıbel kəndini tərk etmək istəmirdilər. Lakin aprelin 1-i axşam saatlarında rayon mərkəzində yaşayan başlıbellilər xəbər gətirdilər ki, siz mühasirədə qaldınız və çıxa bilməyəcəksiniz. Buna görə də, pərakəndə halda camaat kəndi tərk etdi. İlk olaraq tunel yolu ilə qadınlardan və uşaqlardan ibarət dəstəni yola salmaq qərarı alındı. Ancaq 18 kilometr getdikdən sonra kəndlərin yandığını görən kənd sakinləri geriyə qayıtdılar və camaat qarlı, keçilməz dar cığırları ilə Kəlbəcərə doğru yön almalı oldu”, - deyə Əməkdar müəllim bildirib. Onun sözlərinə görə, həmin vaxt kəndi hamı tərk etmədi.

Seçilən
129
50
Mənbələr
Şərh ()
Bağla