AZ

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Bakı, 18 aprel, AZƏRTAC

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladların xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürmək üçün məlumatları sistemli şəkildə toplayır.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxananın fondunda bu günə kimi 2016-cı ilin Aprel döyüşlərində 89, 2020-ci ilin Tovuz döyüşlərində 12, 2020-ci ilin Vətən müharibəsində 3 minə yaxın şəhid və 100-ə yaxın qazi, 2021-ci ilin Qaraheybət helikopter qəzasında 14, 2022-ci il sentyabrın 12-14-də Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş hərbi münaqişədə şəhid olan 80 nəfərin həyat və fəaliyyətini əks etdirən məlumatlar, videomateriallar, fotoşəkillər toplanaraq sənədləşdirilib. O cümlədən, I Qarabağ müharibəsində həlak olan 220 Milli Qəhrəmanın döyüş və həyat yolu ilə bağlı məlumatlar hazırlanıb.

Fondda Ulu Öndər Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, şəhidlərin müəllifi olduqları və oxuduqları kitablardan ibarət guşələr mövcuddur.

Bundan əlavə, Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1500-dən artıq kitab, qəzet, jurnal, məqalə və digər materiallar fondda mühafizə olunur və bu istiqamətdə işlər davam etdirilir.

Seçilən
51
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1225
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
807
Sabah 5 kəndin qazı kəsiləcək
522
Bu yol qovşağında təmir işləri aparılacaq
517
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
434
Bakıda 9 otaqlı evdə yanğın baş verib
357
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
340
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
292
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
282
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
262
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
183
Çingiz Mustafayevin toyudur - FOTOLAR
181
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
165
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
155
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
127
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
76
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
75