AZ

Qazaxıstanda sel qurbanlarının sayı artır

Qazaxıstanda daşqınlarda 5 nəfərin ölüb. İtkin düşən 2 nəfərin isə axtarışları davam edir.

SİA xəbər verir ki, bu haqda Qazaxıstan Daxili İşlər nazirinin birinci müavini Marat Kocayev məlumat verib.

Kocayev deyib ki, ölkədə davam edən daşqınlar nəticəsində Atrau ərazisində 4 nəfərin boğularaq ölüb. Türküstan bölgəsində bir azyaşlının həyatını itirdiyi bildirilir.

Kocayev bildirib ki, Abay vilayətində 2 nəfərin axtarışları davam edir. Baş verən hadisələrlə bağlı artıq cinayət işi açılıb, polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: Söylü Ağazadə
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla