AZ

“Yaz xəstəlikləri” nəyə deyilir? – Professor ehtiyatı əldən verməməyi tövsiyə edir

Fəsil dəyişməsi, yazın gəlişi özü ilə bəzi infeksiyon xəstəliklərdə gətirir. Bu sahədə həssas qruplar daha çox risk altındadır. Bu qruplara yaşlı şəxslər, eyni zamanda, uşaqlar aid edilir.

Orqanizmdə baş verən prosesləri xarici amillərlə izah edən həkimlər bu mövsümün mərəzlərinə "yaz xəstəlikləri" deyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tibb elmləri namizədi, professor Adil Qeybulla bildirib ki, baharda, adətən, orqanizm oyandığı üçün xəstəliklərin baş qaldırması da normaldır:

“Əvvəla, yaz fəslində orqanizmin, bir növ, stimullaşması baş verir. Yəni sadə dillə desək, orqanizm oyanır. Bu, Günəş istisinin artması və iqlimin isinməsi ilə bağlıdır. Müəyyən xəstəliklərin də baş qaldırması təsadüfi deyil. Xüsusən, yaz aylarında mədə xorası və qastritin kəskinləşməsi, sinir sistemi və allergik xəstəliklərin artması müşahidə olunur.

Bəzi allergik reaksiyaları olan insanlar da bu aylarda daha diqqətli olmalıdır. Çünki orqanizmdə müxtəlif çiçəklərin, bitkilərin qoxularına, havada uçan bitki hissəciklərinə qarşı reaksiyalar ola bilər”. 

Professor bu aylarda bəzi xəstələrin xüsusən daha diqqətli olmalı olduğunu qeyd edib:

“Bu fəsildə hər bir şəxs öz xəstəliyini bildiyinə görə, həkimi ilə məsləhətləşib müəyyən profilaktik və predentiv tədbirlər görməlidir. Mədə xorası olan xəstələr vaxtında müalicə alıb, dərmanlarını mütəmadi və vaxtı-vaxtında atmalıdır. Nevroloji xəstələr həkim məsləhəti əsasında müəyyən tədbirlər görrməlidir. Bütün bu profilaktik tədbirlər mövsümi adlandırdığımız xəstəlikləri xeyli azalda bilər”.

Seçilən
140
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21088
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19319
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18260
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17655
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16821
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16630
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16100
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15506
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11974
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11263
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9083
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8303
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7996
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7503
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7146
Minimum əmək haqqı nə qədər arta bilər?
7086
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6352
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5763