AZ

“Ekoturizmin inkişafında əsas yük və məsuliyyət Milli Parkların üzərinə düşür“ - QURUM RƏSMİSİ DANIŞDI

“Ekoloji turizm qlobal tendensiyaya çevrilib. Ekoturizmi müstəqil turizm məkanı kimi formalaşdırmaq üçün ilk cəhdlər hələ 1980-ci illərdə olub. Ekoturizm termini ilk dəfə meksikalı ekoloq Seballos-Lascurine tərəfindən istifadə edilmişdir. Bir tərəfdən, ekoturizmin təşviqi "rahatlıq kultu"ndan imtinanı nəzərdə tutur, digər tərəfdən isə, təbiətlə daha sıx ünsiyyət prosesində mənəvi zənginləşmə, ətraf mühitin mühafizəsi proseslərinə, habelə təbii və mədəni irslərə birbaşa cəlb olunma kimi digər dəyərlərlə tanışlığı nəzərdə tutur”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

O bildirib ki, ölkəmizdə ekoturizm inkişaf edir, ildən-ilə bu istiqamətdə maariflənirik: “Bu seqmentdə iqtisadi, sosial və ya ictimai fəaliyyət göstərmək niyyətində olan müəssisələr formalaşır və ekoturistlərin sayı da artır. Məhz bu inkişaf dalğasında regionda və xüsusən də ölkədə ekoturizmin inkişafını proqnozlaşdıraraq 2019-cu ildə Azərbaycan Ekoturizm Assosiasiyasını yaratdıq və 2021-ci ildə Qeyri-Hökumət Təşkilat (QHT) kimi müvafiq qeydiyyatdan keçdik”.

“Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri olan 10 Milli Park var ki, onların ümumi sahəsi bütün ölkə ərazisinin təxminən 5%-ni təşkil edir. Ətraf mühitin mühafizəsi və ondan daha səmərəli istifadə etməklə yanaşı, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması Milli Parkların yaradılmasının əsas məqsədlərindən biridir. Ekoturizmin inkişafında əsas yük və məsuliyyət Milli Parkların üzərinə düşür, çünki bu yerlər ekoturistlər üçün ən maraqlı ərazilərdir, ölkənin sərvəti olan təbii və mədəniyyət nümunələri şəklində görkəmli turizm ehtiyatlarına malikdir. Milli Parkların hər biri ekoturistlər üçün unudulmaz təcrübə yarada biləcək unikal xüsusiyyətlərə malikdir”, - deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla