AZ

Zaxarovadan Qərbi Azərbaycan mesajı: “80-ci illərin sonlarında...”

Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini təmin etmək şərti ilə bölgəyə qayıtmaq imkanları olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qarabağ ərazisini tərk edən erməni əhalisinə gəlincə, qeyd etdiyiniz kimi, Azərbaycan hakimiyyəti xüsusi reinteqrasiya proqramı qəbul edib. Rusiyanın bu addımı alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin öz hüquqları və təhlükəsizliyini layiqincə təmin edərək bölgəyə qayıtmaq imkanları olmalıdır”, - sözçü bildirib.

Zaxarova qeyd edib ki, Rusiya bu prosesə hər cür dəstək verməyə hazırdır.

Onun sözlərinə görə, bunu 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Ermənistan (Qərbi Azərbaycan) və Azərbaycanı tərk etmiş ermənilər və azərbaycanlıların geri qayıtması məsələsindən ayırmaq lazımdır.

“Bu kateqoriyadan olan vətəndaşların mümkün qayıdışına şərait yaratmaq üçün böyük həcmdə iş görülməlidir. Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli həllinə ehtiyacımız var, ölkələr arasında etimad mühiti yaratmaq, o cümlədən sülh müqaviləsi imzalamaq və kommunikasiyaların blokunu açmaq lazımdır”, - Zaxarova vurğulayıb.

“Bunu 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Ermənistan və Azərbaycanı tərk etmiş ermənilər və azərbaycanlıların geri qayıtması məsələsindən ayırmaq” məsələsinə gəlincə, Rusiya rəsmisinin bu sözü anlaşılan deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir, bunu etiraf edənlərdən biri elə Zaxarovanın özüdür. İfadə “Azərbaycanın digər bölgələrini tərk edənlər” şəklində olmalıydı. Amma görünür, hələ də Rusiya XİN-də - Sergey Lavrovun müəssisəsində Qarabağı “ayrıca subyekt” kimi görməkdə davam edirlər. Nə də olsa, adam erməni köklərini unutmur.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21246
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19349
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18281
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17685
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16913
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16748
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16109
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15542
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12033
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11277
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9299
"Zaur, yenə çaşdın..." - VİDEO
8875
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8409
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8009
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7540
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7178
Minimum əmək haqqı nə qədər arta bilər?
7095
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6383
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5777