AZ

"Mədəniyyəti məhv edilmiş xalq öz silahını itirmiş sayılır" - Yeni Kaledoniya tarixçisi

“Azərbaycan dövlətinə təşəkkür edirik ki, bu gün özümüzü ifadə etmək üçün bizə imkan yaradıb və ölkəmizin siyasi məqsədlərinə nail olmasında bizə köməklik göstərir”. SİA xəbər verir ki, bu sözləri Yeni Kaledoniya Senat Katibliyinin əməkdaşı, Yeni Kaledoniya üzrə ekspert, tarixçi Jan İv Poedi “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

“Fransa kanak xalqının ilk növbədə mədəniyyətinə hücum edib. Əgər bir xalqın mədəniyyəti məhv edilirsə, o, öz silahını itirmiş hesab olunur. Kanak xalqının 3 min ilə yaxın tarixi var. Fransa buna müdaxilə etməməlidir. Fransa bu sivilizasiyanı özündən asılı vəziyyətə gətirmək və Qərb mədəniyyəti ilə eyniləşdirmək istəyir. Amma bu alınmayacaq. Çünki bizim Qərblə baxış bucağımız, mədəniyyətimiz fərqlidir. Bir xalqın mədəniyyətinə hücum etmək onun ruhuna hücum etmək deməkdir”,-deyə o əlavə edib.

O bildirib ki, bu gün Azərbaycan və Yeni Kaledoniya arasında imzalanmış əməkdaşlıq memorandumu kanak xalqı üçün bir yol xəritəsi rolunu oynayacaq: “Biz gələcəkdə bu memorandum sayəsində öz yolumuzu davam etdirəcəyik”.

Ləman Sərraf

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla