AZ

Ölü əmisini kredit götürmək üçün banka gətirdi - DƏHŞƏTLİ HADİSƏ

Braziliyanın Rio-de-Janeyro şəhərində Erika de Souza adlı qadın ölmüş əmisi Paulo Roberto Braqanı banka gətirib və onun adına kredit götürməyə çalışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qadının əlindən tutaraq imza atdırmağa çalışdığı əlil arabasında olan şəxsin yerindən tərpənmədiyini görən işçilər polisə müraciət ediblər.

Polis kişinin bir neçə saat əvvəl öldüyünü bildirib və qadını saxlayıb. Qadının 3 min 400 dollar kredit almağa çalışdığı öyrənilib.

Müəllif: Söylü Ağazadə
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla