AZ

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Naxçıvan, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Möminə Xatın türbəsinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə muxtar respublikanın mədəniyyət ocaqlarının, ali, orta təhsil müəssisələrinin müəllim, tələbə və şagirdləri iştirak ediblər.

Nazirlik Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Vurğulanıb ki, qədim yaşayış və mədəniyyət mərkəzi olan Azərbaycan tarixi abidələrlə olduqca zəngindir. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülüb, zəngin qanunvericilik bazası yaradılıb. Bu gün dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi abidələrimizin bərpası, qorunması, tədqiqi və dünyada təbliğinə yüksək diqqət və qayğı göstərilir.

Həsən Kərimov Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” və “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” sərəncamlarında qarşıya qoyulan vəzifələrdən bəhs edərək bildirib ki, qarşıda muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qeydiyyata alınması və pasportlaşdırılması, tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salına biləcək abidələrin müəyyənləşdirilməsi kimi mühüm vəzifələr dayanır.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının muğam üçlüyünün təqdimatında konsert proqramı ilə davam edib. Sonra Naxçıvanın təbiətini, tarix və memarlıq abidələrini özündə əks etdirən rəsm əsərlərindən, dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış olub.

Tədbir Möminə Xatın türbəsinin ziyarət edilməsi ilə başa çatıb.

Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən muzey və abidələrin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində tədbirlər keçirilib, sərgilər qurulub, tələbə və şagirdlərin ziyarətləri təşkil olunub.

 

 

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1433
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
989
Bu yol qovşağında təmir işləri aparılacaq
634
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
371
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
327
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
320
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
289
Çingiz Mustafayevin toyudur - FOTOLAR
235
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
231
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
219
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
179
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
157
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
98
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
94