AZ

"Su təkcə iqtisadiyyat deyil, həm də siyasətdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanın dövlət başçısının Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı növbəti tarixi çıxışlarından biri oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Deputat bildirib ki, birincisi, su təkcə iqtisadiyyat deyil, həm də siyasətdir: "O da məlumdur ki, dünyada su ilə bağlı problemlər əksər ölkələrin diqqətindədir. İçməli suyun azalması təkcə iqtisadiyyat üçün yox, hər bir dövlətin özü üçün də problemlər yaradır. Azərbaycan dövləti də bu problemi vaxtında görərək bir tərəfdən yeni su kanallarının, suvarma kanallarının sayını artırır, digər tərəfdən də uzun illər boyu Sovet dövründə bu kanallar beton kanallar olmadığına, torpaq kanallar olduğuna görə suyun böyük hissəsi itkiyə gedir. Bu itkinin qarşısını almaq üçün də yeni suvarma kanallarına ehtiyac var. Bu, su itkisinin qarşısını alacaq.

Digər tərəfdən Azərbaycan yaxşı başa düşür ki, hər bir ölkənin iqtisadi, siyasi, hərbi inkişafı eyni zamanda onun su ehtiyatlarından da asılıdır. Azərbaycan öz tarixi torpaqlarını düşməndən azad etdikdən sonra bizim ən çox təbii və şirin içməli su olan Qarabağ ərazisində kifayət qədər suyun ehtiyacı olan ərazilərə çatdırılması istiqamətində işlər gedir. Dövlət başçısı Xəzər dənizindəki suyun içməli su səviyyəsinə çatdırılması məsələsini də qeyd etdi. Tarixdən bizə məlumdur ki, hətta 20-ci əsrin əvvəllərində də belə bir cəhd olmuşdu. Amma sonradan şollar su kəmərinin çəkilməsi bu planı arxada qoydu. Bu plan yenidən gündəmdədir. Əminəm ki, dövlətin yeritdiyi siyasətin nəticəsi olaraq Azərbaycan dövlət başçısının uzaqgörənliyi nəticəsində bu sahədə də işlərimiz uğurla davam edəcək. Azərbaycan bu gün təkcə Cənubi Qafqazın yox, dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir. Dövlətin həyat keçirdiyi siyasət əksər dövlətlərə nümunədir. Əminəm ki, bu istiqamətdə də Azərbaycanın böyük uğurları olacaq".

Müəllif: Söylü Ağazadə
Seçilən
85
Mənbələr
Şərh ()
Bağla