AZ

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başqa Azərbaycanla sərhəddə avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər. Bəs Paşinyan bu açıqlamaları ilə tam olaraq nəyi nəzərdə tutur?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan şübhəsiz ki, burada açıq bir şəkildə Azərbaycan və Ermənistan sərhədlərinin açılmağını, iki ölkə sərhədinin arasında ticarət alış-verişinin olmasından bəhs edir:

"Lakin biz Nikol Paşinyanın və bütün Ermənistan siyasi idarələrinin çıxışlarına baxdığımızda əslində ənənəvi şəkildə müsbət və mənfi davam edən danışıqlarını görürük. Nikol Paşinyan gah sərhəddə, gah İrəvanda çıxışlar edir. Biz bilirik ki, Azərbaycan və Ermənistan arasında artıq heç bir ciddi məsələ qalmayıb. Sadəcə olaraq tək bir məsələ qalıb. Oda Azərbaycan anklavlarının geri qaytarılmasıdır. Onun xaricində Qarabağ tam işğaldan azad olunub. Geriyə digər bir problem Zəngəzur məsələsidir. Ermənistan bu iki problemi həll etmək üçün öhdəsinə işləri yerinə yetirərsə, biz sülh müqaviləsi imzalaya bilərik. Ancaq Ermənistan əfsuslar olsun ki, 2020-ci ildən verdiyi vədlərin heç birini yerinə yetirmək istəmir. Belə ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar və Azərbaycan kəndlərini verib verməyəcəyi ilə bağlı aydın bir cavab gəlməyib".

Politolqun sözlərinə görə, keçdiyimiz həftələrdə kəndlərdə sakinlər ilə görüş zamanı Ermənistanın maketini göstərdi. Bu maketdə o mesajı verdi ki, biz kəndləri qaytara bilərik. Ancaq başqa bir çıxışında heç vaxt Azərbaycanın burada kəndləri olmadığını deyib:

"Paşinyan bir şeyi anlamalıdır ki, əgər o ölkəsini iqtisadi və digər sahədə inkişaf etdirmək istəyirsə, Azərbaycan ilə barışmalıdır. Çünki onun xarici havadarları, Vaşinqton və Parisdəki tərəfdarları, Rusiyadakı ermənipərəst qüvvələr yardım etməyəcək. 30 ildən daha çox xarici havadarlar Ermənistana "yardımlar" ilə ölkəni böhrana gətirib çıxardılar. Ermənistan ordusu özü ilə çox qürur duyurdu. Amma bu ölkənin ordusunun döyüş qabiliyyətinin olmadığı ortaya çıxdı. Ona görə də tez bir zamanda telekommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və digər proseslərin həyata keçirilməsi üçün Azərbaycanın şərtlərini qəbul etməlidir. Çünki Ermənistan və Azərbaycan arasındakı proseslərə baxdığımızda bu iki ölkə arasında gedən normal bir proses deyil. Biri işğalçı, digər tərəfi isə 30 il ərzində işğala məruz qalmış dövlətdir. Ona görə Ermənistan mütləq 30 ildən sonra ən azından Azərbaycanın maddi və mənəvi təzminatlarının ödənilməsi üçün şərtləri yerinə yetirməlidir".

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21370
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17701
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16956
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16782
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15561
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12058
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9397
"Zaur, yenə çaşdın..." - VİDEO
8880
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8468
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7558
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7192
Minimum əmək haqqı nə qədər arta bilər?
7107
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6395
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5785