AZ

Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi

"Gənclərin Anti-Narkomaniya" ictimai birliyi Narkotiklər üzrə Vyana QHT Komitəsinə (VNGOC) üzv qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə QHT-nin sədri Büllur Məmmədova məlumat verib.

Onun sözlərinə görə, ictimai birliyin tarixində baş vermiş bu mühüm hadisə təşkilatın əsas məqsədi olan gənclərimizin antinarkomaniya sahəsində maarifləndirilməsində, narkotik və narkomaniya ilə mübarizədə həyata keçirilən tədbirlərə dəstək göstərilməsində müasir bilik və təcrübə toplamağa geniş imkan yaradacaq. QHT sədri vurğulayıb ki, VNGOC-a üzv olmaqla "Gənclərin Anti-Narkomaniya" ictimai birliyi həmçinin beynəlxalq əlaqələri inkişaf etdirmək üçün fürsət qazanır. Bununla təşkilat iki və çoxtərəfli əlaqələri qurmaq, müxtəlif ölkələrdə fəaliyyət göstərən QHT-lərin müsbət təcrübələrini ölkəmizə gətirmək imkanı qazanır. Büllur Məmmədova bildirdi ki, "Gənclərin Anti-Narkomaniya" ictimai birliyinin VNGOC-a üzv qəbul olunması təşkilatın qarşısında inkişafı baxımından böyük perspektivlər açır və bunların hər biri qiymətləndiriləcək, gənclərimizin sağlam gələcəyi naminə bütün lazımi addımlar atılacaq.

Qeyd edək ki, Vyana Qeyri-Hökumət Təşkilat Komitəsi (VNGOC) narkotik siyasətinin müəyyən edilməsində iştirak edən QHT-ləri və Vyana mərkəzli agentlikləri əlaqələndirir. 1983-cü ildə yaradılmış VNGOC mühüm hadisələrin və QHT-lərlə BMT sistemi arasında əlaqələrin asanlaşdırılmasında zəngin tarixə və təcrübəyə malikdir.


Müəllif: Teleqraf.com
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1004
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
648
Sabah 5 kəndin qazı kəsiləcək
492
Bu yol qovşağında təmir işləri aparılacaq
430
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
410
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
258
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
251
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
238
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
204
Çingiz Mustafayevin toyudur - FOTOLAR
165
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
147
Bakıda 9 otaqlı evdə yanğın baş verib
136
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
109
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
72
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
65
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
58