AZ

Azərbaycan baleti İtaliya səhnəsində

Ötən gün İtaliyada keçirilən beynəlxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında “Teatro Carlo Felice” Teatrının rəhbərliyi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasını milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət edib.

Kulis.az xəbər verir ki, bu barədə opera ifaçısı, Xalq artisti Yusif Eyvazov məlumat verib.

Sənətçi Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında nümayiş olunacağını deyib.

Səhnə əsərində Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də iştirak edəcək.

Seçilən
65
1
Mənbələr
Şərh ()
Bağla