AZ

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Bakı. Trend:

Aprelin 17-də İtaliyada keçirilən beynəlxalq "Nervi Rozza MusicBallet Festivalı"nın mətbuat konfransında “Teatro Carlo Felice”Teatrının rəhbərliyi ilk dəfə Azərbaycan Dövlət Akademik Opera vəBalet Teatrının balet truppasını milli klassik baletimizin Avropasəhnəsində nümayişi ilə bağlı dəvət edib.

Teatrdan Trend-ə bildirilib ki, bu barədə sözügedən konfransdaiştirak edən dünyaşöhrətli opera ifaçısı, Opera və Balet Teatrınındirektoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.

Mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, Prezidentİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, HeydərƏliyev Fondu və Mədəniyyət Nazirliyi mədəniyyətin inkişafına daimdiqqət və qayğı göstərir. "Məhz bu dəstək sayəsində dünyanın birçox məşhur teatrlarının səhnəyə qoyduğu Azərbaycanın görkəmlibəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletibu dəfə Nervi festivalında nümayiş olunacaq. Səhnə əsərində Operavə Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan DövlətRəqs Ansamblının artistləri də iştirak edəcək. Teatrın 115-cimövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasınınRusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə“Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışıilə başlayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuyavə Verona şəhərlərində milli balet əsərləri ilə yanaşı, dünyaklassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq", -deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
7
Mənbələr
Şərh ()
Bağla