AZ

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir.

 

Bəs psixoloq qiymətləri niyə bahadır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, çox adamın bu sahəyə maraq göstərməsinin əsas səbəbi praktik olmasıdır.

 

“Bəzi insanlar özlərini tanımaq və yaxud problemlərini həll etmək üçün bu sahəyə yönəlirlər. Bu iş uzun müddətli səbr və təmkin tələb edir. Psixoloq qiymətlərinin bahalığından şikayətlənən insanlar hansı kriteriyaya əsaslanaraq bunu dediklərini bilmirlər. Psixoloji xidmət dünyada ən bahalı xidmət növüdür. Bizdə psixoloqa sadəcə “dərdini danışılacaq insan” gözüylə baxılır. Ona görə insanlar "dərdimi psixoloqa danışana qədər, dost-tanışıma deyərəm" düşüncəsindədirlər”.

 

Psixoloq qeyd edib ki, insan orqanizmində yaranan xəstəliklərin bir çoxunun kökündə psixioloji problemlər dayanır.

 

“Lakin insanlar bunu bilmədən həkimə müraciət edirlər. İynə-dərman vasitələri ilə sağalmağa çalışırlar. Bu zaman həmin dərman preparatlarına verdikləri pullara heyfləri gəlmir. Bəlkədə həmin problem psixoloqla daha rahatlıqla həll oluna bilərdi. Psixoloq qəbulunda ödənən məbləğ zamana ödənilir. Dünyanın qabaqcıl ölkələrində bununla bağlı pasientlə müqavilə bağlanılır. Psixoloq seanslarında ödəniş nəticəyə yox, prosesə edilir. Bundan əlavə qeyd edim ki, hər bir psixoloji mərkəzin özünəməxsus xərcləri olur. Bu xərclər də heç də az deyil. Əgər psixoloji mərkəzlərdə qiymətlər çox aşağı olsa həmin xərcləri qarşılamaq çətin olacaq. Bu isə psixoloji mərkəzin bağlanması ilə nəticələnə bilər. Psixoloq da, öz qazancı və keyfiyyət göstəriciləri ilə yanaşı əhalinin maddi durumunu da nəzərə almalıdır”.

 

Ülkər Abdurahmanlı

Seçilən
35
31
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1287
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
879
Bu yol qovşağında təmir işləri aparılacaq
568
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
440
Bakıda 9 otaqlı evdə yanğın baş verib
424
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
372
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
304
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
298
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
283
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
205
Çingiz Mustafayevin toyudur - FOTOLAR
203
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
195
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
185
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
152
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
95
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
89
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
79
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
77