AZ

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamdakı

b]2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.[/b]

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır: “Digər tərəfdən, Türkiyə Cümhuriyyəti ilə Rusiya Federasiyası arasında imzalanan Memorandum əsasında Qarabağ bölgəsində atəşkəsə nəzarət və anlaşma şərtlərinin pozulmasının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Ağdamda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına yönəlik Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
1
Mənbələr
Şərh ()
Bağla