AZ

Ağdamdakı Mərkəzdən ruslar çıxdı: Türk Silahlı Qüvvələri isə ... - Polkovnik açıqladı

Azərbaycan ərazisində müvəqqəti yerləşən rus sülhməramlılarının çıxarılması mühüm hadisədir. Proses artıq başlayıb. Sözsüz ki, bu elə də asan həll olunan məsələ deyildi. Bununla bağlı olan proseslər hər kəsə məlumdur. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz mövqeyini sona qədər müdafiə etdi.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, rus hərbi kontingentinin vaxtından əvvəl ərazidən çıxmasına nail olmaq böyük uğurdur:

“Çünki onları inandırmaq və məcbur etmək heç də asan proses olmadı. Ruslar ilkin olaraq Xocalı aeroportunun ərazisini tərk etdilər. Əslində Xocalı aeroportu onlar üçün qərargah hesab olunurdu. Təbii ki, rusların müvəqqəti yerləşdiyi ərazidə yaratdığı infrastrukturun qısa zamanda çıxarılması mümkün deyil”.

Polkovnikin fikrincə, sülhməramlılara məxsus obyetklərdə demontaj işləri və çıxarılması mümkün olmayan avadanlıqların Azərbaycana təhvil verilməsi mümkündür:

“Azərbaycan bu işdə rus sülhməramlılarına lazımı köməklikləri göstərəcək. Çünki ruslar ərazidə əhatəli obyektlər qurmuşdu və onların bəlli zaman içərisində daşınması lazım olacaq”.

Üzeyir Cəfərova görə, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı yaxın günlərdə məlumatlar olacaq:

“Ruslar oradan da çıxıblar. Monitorinq Mərkəzində ruslar sülhməramlılardan daha tez çıxıb. Birgə Monitorinq Mərkəzinin qalması üçün əsas yoxdur. Türk Silahlı Qüvvələrinin orada qalması isə fərqli məsələdir. Türk ordusu burada qonaq qismində deyil. Onlar öz evlərindədir. Monitorinq Mərkəzində Türk Silahlı Qüvvələri qalmaq istəsələr onun profilini dəyişəcəklər. Amma Azərbaycanda Türk Ordusunun nümayəndələri üçün Ağdamdakı Mərkəzdən daha üstün olan şəraitə malik ünvanlar var. Bu gün Türkiy-Azərbaycan Ordusu birgədir, iç-içədir və xidmət də bu istiqamətdə aparılır”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
191
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20205
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19173
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18170
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17533
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16352
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16150
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
15986
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15298
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11804
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11222
"Zaur, yenə çaşdın..." - VİDEO
8810
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8145
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7937
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7749
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7376
Minimum əmək haqqı nə qədər arta bilər?
7017
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6918
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6178
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5707