AZ

"Fransanın Azərbaycana qarşı atmadığı addım qalmadı" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Təəsüflə qeyd etmək lazımdır ki, Fransanın Azərbaycana qarşı atmadığı addım qalmadı". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, dəfələrlə BMT müstəvisində Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi, etnik təmizləmədə Azərbaycanı ittiham etməsi, "Arsak" qondarma respublikasını tanıması, eyni zamanda Avropa İttifaqı çərçivəsində Azərbaycan əleyhinə apardığı kampaniya, qətnamələrin qəbulu, Laçın yolundakı aksiya zamanı blokada şousu, Ermənistanı silahlandırmaq, Natəvan heykəli və digər bütün bu addımlar onu göstərir ki, əslində Azərbaycanla münasibətlərin korlanmasını həyata keçirən və bu məsələdə bilavasitə məsuliyyət daşıyan məhz Fransadır: "Bu gün Fransa bu məsələdə başqa kimdənsə yox, özündən küsməlidir, öz addımlarına baxmalıdır. Bu məsələdə Azərbaycanı günahlandırmaq ən azından absurddur. Çünki Fransanın Azərbaycana qarşı atmadığı addım qalmadı. Biz bunu dəfələrlə Fransanın siyasətində gördük. Belə olduğu halda belə bir addım atması, işləri həyata keçirməsi Fransanın, həqiqətən də, Azərbaycana qarşı davamlı olaraq təxribatlarının və atdığı addımların göstəricisidir. Ona görə Azərbaycanı günahlandırmağın heç bir əsası yoxdur. Fransa özündən küsməlidir. Azərbaycanı ittiham edərək özünün küsdüyünü göstərmək bu prosesə heç bir töhfə verən məsələ deyil.

Fransa Azərbaycanla siyasətini düzgün qurmalıdır. Qeyd etdiyimiz bütün məsələlər onu göstərdi ki, Fransa Azərbaycana qarşı davamlı olaraq təxribatlar törədir. İndiki zamanda da özünü belə göstərərək, küskün obrazı yaratmağın heç bir mənası və əsası yoxdur. Bütün bu məsələlərdə əsas məsuliyyəti daşıyan Fransadır. Fransa çalışmalıdır ki, təxribatlara son qoysun, Ermənistanı silahlandırmasın, bölgəmizə sülhün gəlməsinə mane olmasın. Azərbaycana qarşı atdığı addımların heç bir effekt vermədiyini görən Fransa indi səfirini geri çağıraraq küskün obrazı yaradır. Bu da qəbuledilməzdir. Fransanın növbəti ikiüzlülüyünün, təxribatının göstəricisidir".

Müəllif: Söylü Ağazadə
Seçilən
55
1
Mənbələr
Şərh ()
Bağla