AZ

I siniflərə qəbulda yeniliklər AÇIQLANDI

Bakı. Trend:

Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiqolunacaq.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsilüzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqindəməlumat verib.

O bildirib ki, həmin yeniliklər aşağıdakılardır:

"Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiqolunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiqolunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumatəldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə)https://baku.edu.gov.az/az/page/333/7169 linkinə daxil olaraq, Bakışəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsilmüəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumatəldə edə bilər.

Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlərmektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “əraziyoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyəuyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayışsıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəbseçimini asanlaşdırır.

Bundan başqa Bakı Avropa liseyi, Respublika İncəsənətgimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbininmüsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirənvalideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəstformada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirəbilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsilmüəssisəsində olan sorğusu avtomatik olaraq silinəcəkdir".

Seçilən
57
39
Mənbələr
Şərh ()
Bağla