AZ

Bu gündən I siniflərə sənəd qəbulu BAŞLAYIR

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır.

 

AzEdu.az xəbər verir ki, sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək.

 

Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq.

 

Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may- 30 may tarixlərində təşkil ediləcək.

 

Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.

 

 

Qeyd edək ki, bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklər tətbiq olunacaq.

 

Həmin yeniliklər aşağıdakılardır:

 

Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.

 

Bundan başqa, mayın 1-dən valideynlər  mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində Azərişığın abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Yaşayış sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.

 

Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda üstünlük hüququ əsasında yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədən uğur qazandığı halda, digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21389
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12130
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6353
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5431
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5359
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3837
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3432
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3282
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3126
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2874
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2867
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2683
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2396
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2385
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2035
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1987