AZ

İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq - Paşinyan

Bakı. Trend:

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası vədemarkasiyasından imtinası Cənubi Qafqazda yeni eskalasiyayagətirib çıxaracaq.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri NikolPaşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirantskəndinin sakinləri ilə görüşündə deyib.

“Əgər biz delimitasiya və demarkasiyadan imtina etsək, bölgədədaha bir partlayış baş verəcək”, - deyə o bildirib.

Baş nazir, həmçinin, delimitasiya prosesinin də özündə risklərdaşıdığını vurğulayıb.

Hazırda Ermənistan hakimiyyəti Tavuş vilayətində sərhədlərindelimitasiyası prosesinin mümkünlüyü barədə Azərbaycanla danışıqlaraparır. Bu, baş tutarsa, 1990-cı illərdən Ermənistanın işğalıaltında olan dörd kənd Bakıya qaytarılmalıdır. Nəticədə, RusiyadanErmənistana gedən qaz kəməri, eləcə də, Ermənistan-Gürcüstanavtomobil yolunun magistralın bir hissəsi Azərbaycanın nəzarətinəkeçəcək.

Seçilən
83
3
Mənbələr
Şərh ()
Bağla