AZ

Borrell: Avropa ölkələri raket əleyhinə sistemlərini Ukraynaya göndərməlidir

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, Avropa İttifaqı ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün öz anti-raket sistemlərini bu ölkəyə göndərməlidirlər.

APA xəbər verir ki, bu barədə Aİ-nin top diplomatı İtaliyada, Kapridə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

"Bizim "Patriot"larımız, raket əleyhinə sistemlərimiz var. Onları hər ehtimala qarşı saxladığımız kazarmalardan çıxarıb müharibənin qızışdığı Ukraynaya göndərməliyik. Əks halda Ukraynanın elektrik sistemi məhv olacaq. Heç bir ölkə evdə, fabriklərdə, hər şey üçün lazım olan elektrik olmadan mübarizə apara bilməz", - o əlavə edib.

Borrell deyib ki, ABŞ-ın "Patriot" sistemləri olsa da, Avropa yalnız ABŞ-a güvənməməli, özü də addımlar atmalıdır. "Biz yalnız ABŞ-a güvənə bilmərik, məsuliyyətimizi öz üzərimizə götürməli və "oh, ABŞ edəcək" deməyi dayandırmalıyıq. Biz addım atmalıyıq", - Borrell vurğulayıb.

Seçilən
166
33
Mənbələr
Şərh ()
Bağla