AZ

“Bunlar öz millətinə, öz dövlətinə düşmən kəsilibmişlər” - DEPUTAT TƏNQİD ETDİ

“Gültəkin Hacıbəylinin sülhməramlılarla, daha doğrusu sülhməramlıların Azərbaycanı tərk etməsi ilə bağlı açıqlaması və məlum hadisəni təqdir eləməsi əslində yaxşı haldır. Hətta öz fikirlərində qeyri-səmimidirsə belə. Yəni, ən azından deyir, yazır, etiraf edir. Sadəcə məsələ burasındadır ki, Gültəkin indiyə qədər bir çox hallarda bənzər düşüncələrlə ortalığa çıxıb, fikirlərini söyləyib və sonra da yanındakı əbləhlərin, əsas da AXCP sədri, milli xəyanətkar Əli Kərimlinin və riyakar Cəmil Həsənlinin təsiri, təzyiqi ilə həmin fikirlərdən anındaca vaz keçib, tamam başqa şeylər danışıb. Ona görə gözləmək lazımdır ki, görək adam axıra qədər öz dediyində qalacaq, yoxsa yox?” Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

“Bilirsiniz, sülhməramlıların ölkəni tərk etməsi həqiqətən böyük hadisədir. Hətta çox böyük hadisədir. Yəni, bunu görməmək, anlamamaq, qiymətləndirməmək üçün sadəcə kor olmaq lazımdır. Əli Kərimli kimi kor! Cəmil Həsənli kimi kor! Qənimət Zahid kimi kor! Onlara bənzər siyasi üzdəniraqlar kimi kor!

Dünəndən radikal müxalifətə aid saytlara, səhifələrə baxıram. Sülhməramlılarla bağlı yarım cümləlik açıqlama belə yoxdur”,- deyə o əlavə edib.

Deputat bildirib ki, Sevinc Osmanqızı dilini udub, səssizdir: “Cəmil Həsənli qeyb olub, məchullardadır. Əli Kərimli hansısa dəliyin içinə girib, tapa bilmirlər. Bunlar necə yaramaz adamlar imiş, ilahi! Bunlar necə də Kardaşyana bənzəyirlər, ilahi! Bunlar öz millətinə, öz dövlətinə necə düşmən kəsilibmişlər, ilahi! Utanıb yerə girsinlər. Gerçəkdən! Girsinlər və o girdikləri yerdən bir də çıxmasınlar”.

Ləman Sərraf

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla