AZ

Beynəlxalq təşkilatların, Moldovanın və Gürcüstanın bacarmadığını Azərbaycan bacardı

Xəbər verildiyi kimi 2020-ci il 10 noyabr tarixli Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanmış birgə bəyanatın şərtlərinə görə Qarabağ iqtisadi rayonunda yerləşən Rusiya Sülhməramlı Qüvvələr dislokasiya yerini tərk edərək çıxır. Rusiya və Azərbaycan bu faktı rəsmən təsdiq edərək bildiriblər ki hər iki ölkənin ali rəhbərlərinin razılaşması əsasında hərbi kontingent vaxtından əvvəl Rusiyaya dönür.

Vətəninfo.az bununla bağlı fikirlərini öyrənmək üçün AMİP Liderinin köməksçisi, Siyasi Şura üzvü Əli Orucov bildirib: “Qarabağda yerləşən Rusiya Sülhməramlı Qüvvələrinin erkən çıxarılması Azərbaycanın nailiyyətdir və bu, ölkə üçün yarana biləcək daha bir real təhlükənin aradan qaldırılması deməkdir. İndiyədək təcrübədə Rusiya Silahlı qüvvələrinin hansı ad altında olursa olsun yerləşdiyi əraziləri könüllü və problemsiz tərk etməsi halı olmayıb. Ortada Gürcüstan və Moldovanın acı nümunələri var. 1990-ci ildən Moldovadakı Rusiya Dnestryanı bölgəsində dislokasiya olunmuş 14-cü ordusunu (əvvəllər SSRİ Silahlı Qüvvələri) Beynəlxaql təşkilatların çağırış və tələblərinə, həmçinin 1999-cu il ATƏT-in İstanbul Sammitində əldə edilmiş razılaşmaya əsasən 2002-ci ilin sonunadək çıxarılması öhdəlyi üzərinə götürsə də bu günədək həmin öhdəliyin icrasından imtina edir. Qondarma Dnestryanı Moldav Respublikası yaradıb.
Yaxud Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsində 2004-cü ildə yerləşdirilən Rusiya Sülhməramlı qüvvələri öz missiyasını həyata keçirmək əvəzinə təxribatlara əl atdı və nəhayət bu təxribat 2008-ci ildə hər iki ölkə arasında müharibəyə çevrilərək ölkənin əhəmiyyətli bir hissəsinin itirilməsi ilə nəticələndi. Açığı bu cür hallar məndə bir narahatlıq yaratmışdı ki, Moskva müxtəlif təxribatlara və üsullara əl atmaqla Azərbaycandan öz hərbi qüvvələrini çıxarmaya bilər. Rusiya Sülhməramlı Qüvvələrinin Azərbaycanı tərk etməsi böyük uğurdu. Baxmayaraq ki, 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü bəndində sülhməramlıların bölgədə qalma müddəti öz əksini tapıb. Həmin bənddə daha 5 il müddəti üçün hüquqi əsasın mövcudluğu narahatlıq yaradırdı. Beynəlxalq təşkilatların, həmçinin Moldovanın və Gürcüstanın bacarmadığı bir işi Azərbaycan bacardı. Moskva ilə Bakı arasında hansı razılaşmaların olmasının və bunun detallarının nələrdən ibarət olmasının fəqrinə varmadan hesab edirəm ki, real şəraiti və vəziyyət nəzərə almaqla atılan addımlar Azərbaycanın mənafelərinə tam uyğundur. Azərbaycan ərazisində hansısa xarici dövlətin hərbi mövcudluğunun əleyhinəyəm və Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifənin yüksək səviyyədə, peşakarlıqla öhdəsindən gəlməsinə əminəm ”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21688
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12156
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6548
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5477
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5374
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3846
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3447
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3291
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3130
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2889
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2885
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2687
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2433
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2400
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2035
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1990