AZ

Gələcəyimiz üçün ağac əkək - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş Osman Cəfərin adına salınmış istirahət parkında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, ağacəkmə aksiyasındaYAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Energetik” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, partiya fəalları və könüllülər iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Aksiya zamanı sözügedən ərazidə təmizlik və abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində YAP İmişli rayon təşkilatı tərəfindən bu kimi tədbirlər uğurla davam etdiriləcəkdir.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla