AZ

AzMİU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) PolşanınVarşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti iləgörüş keçirilib.

Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştiraketdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanlarımüzakirə olunub.

Qonaqları salamlayan rektor professor Gülçöhrə MəmmədovaAzərbaycan – Polşa əlaqələrindən, ölkələrimizin müxtəlifistiqamətlərdə, o cümlədən elm, təhsil sahəsində əməkdaşlığından,müxtəlif layihələrdə birgə iştirakından bəhs edib. Dünyanın aparıcıuniversitetləri ilə elm və təhsilin müxtəlif sahələrindəəməkdaşlığın genişləndirilməsindən danışan rektor, Avropanın aliməktəbləri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına, o cümlədənVTU ilə əlaqələrə toxunub, iki universitet arasında əməkdaşlıqmemorandumunun mövcudluğuna diqqət çəkib.

Qonaqlara AzMİU-nun fakültələri, fəaliyyət istiqamətləri,maddi-texniki bazası, elmi-tədqiqat imkanları və laboratoriyalarıhaqqında geniş məlumat verən professor Gülçöhrə Məmmədovaəlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların mövcudolduğunu qeyd edib.

VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak alitəhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanlarıvə beynəlxalq əlaqələrindən danışıb, fakültə, ixtisas və tələbəsayı üzrə statistikanı diqqətə çatdırıb. Universitetin təklifetdiyi proqramların akademik keyfiyyəti, ingilis dilində bakalavrvə magistr təhsili barədə məlumat verən Artur Zbiciak digərtəqdimatında elmi işlər üzrə dekan müavini kimi çalışdığı İnşaatmühəndisliyi fakültəsinin fəaliyyəti və fakültə üzrə əməkdaşlıqsahələri haqqında zəruri informasiyaları nəzərə çatdırıb.

VTU-nun adıçəkilən fakültəsinin İnşaat və texniki layihələndirməkafedrasının rəhbəri və bir zamanlar AzMİU-nun İnşaat fakültəsinintələbəsi olmuş professor Nəbi İbadov isə universitetlər arasındaəməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlıfikirlərini bölüşüb.

Görüşdə qərara alınıb ki, ilkin mərhələdə inşaat və memarlıqistiqamətlərində əlaqələr daha da genişləndirilsin, qarşılıqlısəfərlər, birgə tədqiqatlar, müəllim-tələbə mübadiləsi həyatakeçirilsin və uyğun ixtisaslar üzrə ikili diplom proqramlarınıntətbiq imkanı nəzərdən keçirilsin.

Görüşdən sonra nümayəndə heyəti AzMİU-nun kampusu, İnşaatfakültəsi, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlarahəyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənayeilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumatlarverilib.

AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
AzMİU
Seçilən
35
3
Mənbələr
Şərh ()
Bağla