AZ

Mərkəzi Asiya ilə əlaqələri genişləndirmək üçün...

Avropa İttifaqının Azərbaycana ehtiyacı var

Nardar BAYRAMLI

Mühüm geosiyasi coğrafiyada yerləşən Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Tarixən Azərbaycanın ərazisindən müxtəlif istiqamətlərə işlək karvan yolları olub və bu yollarla yüklər daşınıb, insanlar səyahətlərə çıxıblar. Lakin bu gün respublikamızın Avrasiyada önəmi yalnız əlverişli təbii-coğrafi ərazidə yerləşməsi ilə məhdudlaşmır. Müstəqillik dövründə Azərbaycanın yaratmağa nail olduğu müasir yol-nəqliyyat infrastrukturu respublikamızın Şərqlə Qərb arasında tranzit daşımaları üçün önəmini əhəmiyyətli dərəcədə artırıb. Hazırda ölkəmiz Avrasiyada çox mühüm nəqliyyat-logistika habı qismində çıxış edir. Eyni vaxtda iki beynəlxalq marşrutun - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi ölkəmizə böyük üstünlüklər qazandırır. Respublikamız hər iki dəhlizin funksionallığının artmasına, tərəfdaşlarla fəaliyyətlərin uzlaşdırılmasına və tariflərin optimallaşdırılmasına, hüquqi bazanın təkmilləşdirilməsinə güclü siyasi iradə göstərir. Təhlükəsizlik mühiti, uzunmüddətli sabitlik, rahat infrastruktur, dəhlizlərin bir-birinə inteqrasiya edilməsi, quru və su yolları ilə daşımaların mümkünlüyü ölkəmizə marağı və inamı artırır.

Əlverişli coğrafi mövqeyə malik ölkəmizin, həmçinin Orta Dəhliz üzrə də önəmi artır. Azərbaycan Orta Dəhliz marşrutunda Avropa ilə Asiyanı birləşdirən açar ölkələrdən biri hesab olunur. Yeni geosiyasi reallıqlar fonunda  bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Məhz bu səbəbdəndir ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələri genişləndirməyə çalışan Avropa İttifaqı bu hədəfə çatmaq üçün ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanın ölkəmizə səfəri də bu baxımdan diqqəti cəlb edir. Qeyd edək ki, aprelin 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanla görüşüb. Görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Avropa İttifaqı ilə əldə olunmuş razılıqlar və bu çərçivədə Orta Asiya ilə əlaqələr müzakirələrin əsas mövzusunu təşkil edib. Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu istiqamətdə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb. Görüşdə ölkəmizin həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilib. Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məlumdur ki, Azərbaycanla Avropa İttifaqı  arasında həm siyasi dialoq, həm də yüksək dinamikaya malik iqtisadi əlaqələr formalaşıb. Aİ-də təmsil olunan 9 dövlətlə ölkəmiz arasında strateji tərəfdaşlıq müqavilələri imzalanıb. Aİ respublikamızın ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda, Aİ Mərkəzi Asiya ilə əlaqələrini gücləndirmək üçün Azərbaycana ehtiyacı olduğunu yaxşı anlayır. Bu amil ölkəmizin beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23233
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12709
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
8975
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5569
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5446
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3980
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3614
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3538
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3339
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3211
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2967
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2700
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2557
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2477
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2143