AZ

Nazir millinin kapitanından danışdı: "Getsə, üzüləcəm"

Fransanın idman naziri Ameli Udea-Kaster PSJ-nin hücumçusu Kilian Mbappenin komandadan mümkün ayrılığı haqda danışıb.

Futbolpress.az xəbər verir ki, nazir forvardın Liqa 1-i tərk etməsinə üzüləcəyini deyib:

"Mbappe bizə inanılmaz töhfələr verib. Liqa 1 onun sayəsində daha canlanıb, biz də ruhlanmışıq. Onu ölkəmizdə meydanlarda daha çox görmək, tez-tez izləmək istəyirdim. Gedişinə üzüləcəm.

Buna baxmayaraq, hara getsə də bizim oyunçumuzdur. Fransa yığmasının kapitanıdır və seçimini yaxşı etməlidir.  Mbappenin Olimpiya Oyunlarında oynamasını çox istəyirəm".


Fransalı hücumçunun adı "Real"la hallanır.
Seçilən
59
Mənbələr
Şərh ()
Bağla