Nazir millinin kapitanından danışdı: "Getsə, üzüləcəm"
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
Fransanın idman naziri Ameli Udea-Kaster PSJ-nin hücumçusu Kilian Mbappenin komandadan mümkün ayrılığı haqda danışıb.
Futbolpress.az xəbər verir ki, nazir forvardın Liqa 1-i tərk etməsinə üzüləcəyini deyib:
"Mbappe bizə inanılmaz töhfələr verib. Liqa 1 onun sayəsində daha canlanıb, biz də ruhlanmışıq. Onu ölkəmizdə meydanlarda daha çox görmək, tez-tez izləmək istəyirdim. Gedişinə üzüləcəm.
Buna baxmayaraq, hara getsə də bizim oyunçumuzdur. Fransa yığmasının kapitanıdır və seçimini yaxşı etməlidir. Mbappenin Olimpiya Oyunlarında oynamasını çox istəyirəm".
Fransalı hücumçunun adı "Real"la hallanır.