AZ

“Araz Supermarket”ə yeni direktor təyin edilib

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinə yeni maliyyə direktoru təyin edilib.

Banker.az-ın məlumatına görə, bu vəzifəyə Əminə Bəşirova gətirilib.

2024-cü ilin aprel ayının 17-də “Araz Supermarket” MMC-nin Maliyyə Direktorluğunda “Maliyyə Direktoru” vəzifəsinə təyin olunub.

Əminə Bəşirova, 2004 -cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakultəsini bitirmişdir. Magistr təhsilini Bakı Ali Neft Məktəbində Biznesin İdarə olunması (MBA) üzrə almışdır.

2005-ci ildən Veysəloğlu MMC-də mühasib olaraq işə başlamış və həmin şirkətin baş mühasib vəzifəsinə qədər yüksəlmişdir.

Veysəloğlu Şirkətlər Qrupunda Mühasibat uçotu Departamentinin müdiri və Biznesə Nəzarət Departamentinin rəhbəri olmuşdur. Daha sonra “Araz Supermarket” MMC-də Spar Françayzinq Maliyyə müdiri vəzifəsində çalışmışdır.

Seçilən
188
45
Mənbələr
Şərh ()
Bağla