AZ

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

Sahibkarlığın

Bakı, 30 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun 2023-cü il üzrə maliyyə hesabatı açıqlanıb. Fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hesabata əsasən, ötən il fondun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53 faiz artaraq 20 milyon 779 min manat olub. Əməliyyat xərcləri çıxılmaqla, fondun vergidən əvvəl mənfəəti 15 milyon 108 min manat, mənfəət vergisi xərci isə 2023-cü ildə 2 milyon 605 min manat təşkil edib.

Fond 2023-cü ili 12 milyon 503 min manat mənfəətlə başa vurub. 2023-cü il 31 dekabr tarixinə fondun cəmi aktivləri 6 faiz artaraq 1,011,496 min manat, öhdəlikləri 837 min manat və kapitalı 1,010,659 min manat olub.

Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə fond tərəfindən son dövrlərdə daha çox kiçik və orta həcmli kreditlər verilib. Beləliklə, kiçik həcmli kreditlərin ümumi balans dəyəri 25 faiz artaraq 130 milyon 447 min manat, orta həcmli kreditlər isə 24 faiz artaraq 169 milyon 936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin edilib. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10 faiz artaraq 307 milyon 536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33 faizə yüksəlib.

Fondun illik maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu müstəqil auditor şirkətləri tərəfindən hər il yoxlanılır. Ötən ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib.

Audit rəyinə əsasən, maliyyə hesabatları fondun 2023-cü il 31 dekabr tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Seçilən
138
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20597
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19235
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18184
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17595
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16522
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16328
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15368
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11868
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11242
"Zaur, yenə çaşdın..." - VİDEO
8825
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8498
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7964
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7960
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7078
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6222
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731