AZ

ABŞ İsrailə 26 milyard dollar vəsait ayıracaq

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar ABŞ büdcəsindən İsrailə dəstək üçün 26,38 milyard dolların ayrılması nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının hazırladığı qanun layihəsində öz əksini tapıb.

Bu məbləğin 4,4 milyardının İsrailə tədarük edilən texnika və müdafiə xidmətlərinin, daha 4 milyardının isə “Dəmir Günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılmasına sərf ediləcəyi gözlənilir.

Bundan əlavə, silahların alınmasına 3,5 milyard dollar, ABŞ-ın regiondakı cari hərbi əməliyyatlarına isə 2,4 milyard dollar xərclənəcəyi gözlənilir. Həmçinin 1,2 milyard dollar “Iron Beam” hava hücumundan müdafiə sisteminə xərclənəcək.


Müəllif: Teleqraf.com
Seçilən
22
14
Mənbələr
Şərh ()
Bağla