AZ

ABŞ İsrailə 26,38 milyard dollar maddi yardım AYIRIR

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar ABŞ büdcəsindən İsrailə dəstək üçün 26,38 milyard dollar maddi yardım ayrılacaq.

Bizim.Media xarici KİBV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsində qeyd edilib.

Məlumata görə, məbləğin 4,4 milyardının İsrailə tədarük edilən texnika və müdafiə xidmətlərinin, daha 4 milyardının isə “Dəmir Günbəz” və “David Sling” hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının artırılmasına sərf ediləcəyi gözlənilir.
Silahların alınmasına 3,5 milyard dollar, ABŞ-ın regiondakı cari hərbi əməliyyatlarına isə 2,4 milyard dollar xərclənəcəyi gözlənilir. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
14
Mənbələr
Şərh ()
Bağla