AZ

Etirazçılar hökumət evinə qədər yürüş ediblər...

Gürcüstan paytaxtı Tbilisidə parlamentin binası önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq başlayan aksiya davam edir. Əvvəlki günlərdən fərqli olaraq bu gün aksiyada hələlik qarşıdurma qeydə alınmayıb. Aksiya iştirakçıları parlamentin önündən hökumət evinə doğru yürüş etmək qərarına gəliblər.

SİA xəbər verir ki, aksiya iştirakçıları hökumət binası qarşısında Baş nazir İrakli Kobaxidze ilə görüş, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri götürülməsini və bütün məhbusların azad edilməsini tələb edəcəklər.

Hökumət binası ətrafında polis toplaşıb. Azadlıq meydanında xüsusi təyinatlılar və güc strukturlarının əməkdaşları səfərbər olunublar.

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla