AZ

Stoltenberq: Bəzi NATO ölkələri yaxın günlərdə "Patriot"un Kiyevə təhvil verildiyini elan edə bilər

NATO-ya üzv olan bir sıra ölkələr tezliklə "Patriot" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsi ilə bağlı qərarlarını açıqlaya bilərlər. Bizimyol.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. "Almaniya artıq əlavə "Patriot" sisteminin tədarükünü elan edib, digər müttəfiq ölkələr də yaxın günlərdə və ya ən azı tezliklə oxşar tədarükləri elan edəcəklər", - deyə Stoltenberq Amerikanın "PBS" telekanalına müsahibəsində deyib. Stoltenberq qeyd edib ki, alyans ölkələri hava hücumundan müdafiə sistemləri, tutucu raketlər və mərmilərin istehsalını sürətləndirmək üçün müdafiə sənayesi müəssisələri ilə işləyir. “Biz hava hücumundan müdafiə batareyaları və onlar üçün sursatların (istehsalın) üzərində işləyirik ki, onları mümkün qədər tez Ukraynaya çatdıraq”, - deyə o əlavə edib. Aprelin 13-də Almaniya Müdafiə Nazirliyi Berlinin tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir "Patriot" sistemi göndərəcəyini açıqlayıb. İndiyədək Kiyev hakimiyyəti Almaniyadan iki "Patriot" sistemi alıb. Ukrayna hakimiyyəti mütəmadi olaraq onlar üçün hava hücumundan müdafiə sistemləri və raketlərinin çatışmazlığı barədə məlumat verir və Qərbi onları Kiyevə təhvil verməyə çağırır. Aprelin əvvəlində Britaniyanın “The Economist” jurnalı öz mənbələrinə istinadən yazıb ki, Rusiya qoşunları ABŞ-ın Ukraynaya verdiyi bir neçə "Patriot" sistemini məhv edib. Dəqiq sayı göstərilməyib. Qadir, Bizimyol.info

Seçilən
254
23
Mənbələr
Şərh ()
Bağla