AZ

Sülhməramlılar Qarabağdan çıxdı - Rusiya Azərbaycandan nə istəyəcək?

Ötən ilin 20 sentyabrında Qarabağda separatizmin təmizlənməsi, Xankəndiyə bayrağımızın sancılması ilə nəticələnən anti-terror tədbirlərində irəl sürülən “Azərbaycan bunun qarşılığında Rusiyaya nə verdi” məsələsi sülhməramlıların vaxtından əvvəl ərazimizi tərk etməsində də gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib. 

Onun sözlərinə görə, Rusiya kimi bir ölkə geri çəkilirsə, bunun əvəzsiz olması inandırıcı deyil:

"Lakin sülhməramlılarla bağlı məsələ indi yox, Qarabağda separatizmin ləğv edilməsi və ermənilərin çıxmasından sonra həll edildi. Və Moskvanın Qarabağdan imtina etməsi Cənubi Qafqazdakı maraqlarının qorunmasından qaynaqlanır. Bu haqda anti-terror tədbirlərindən sonra yazmışdım. 2022-ci ildə Praqa görüşündən sonra Qarabağda qalmaq Rusiya üçün bölgəyə yox, təkcə Azərbaycana təsir etmək imkanına çevrildi. Qarabağdan imtina edən Ermənistan isə siyasi oriyentasiyasını Qərbə doğru dəyişməyə başladı. Bu, Qarabağ məsələsini bir tərəfdən Moskva-Bakı münasibətlərində problemə çevirir, həm də Ankaranı narazı salır, digər tərəfdən, erməni əhalisinin problemlərinə görə məsuliyyət Rusiyanın üzərində qalırdı. Moskvada anladılar ki, bölgəyə təsir etmək üçün həmişə rıçaq olaraq istifadə etdikləri Qarabağda qalmağa köklənmək bu dəfə Cənubi Qafqazın itirilməsi ilə nəticələnə bilər".

"Azərbaycanın erməni separatizmini ləğv etməsinə müdaxilə etməyən Rusiyanın sühməramlılarını da bölgədən çıxarması Cənubi Qafqazda zəifləyən təsir imkanlarını minumum zərərlə qorunması məqsədi daşıyır. Bunun qarşılığında Azərbaycan Rusiyaya siyasi baxımdan bölgədəki maraqlarının nəzərə alınması sözünü verə bilər, misal üçün, Qərbin Bakı-İrəvan danışıqları üzərindən regiona müdaxiləsinə geniş meydan verməmək kimi..." - A.Nərimanlı bildirib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22572
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12375
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
7536
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5510
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5411
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3877
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3514
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3344
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3204
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2973
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2920
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2694
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2500
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2409
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2067
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2025