AZ

“Bəli, “Sabah”ın üçüncü qolunda təmiz qayda pozuntusu vardı”

“Sabah”Misli premyer-liqasının 30-cu turunda evdə “Qarabağ”ı məğlub etdi – 3:2.

Oyundan sonra ağdamıların müdafiəçisi və kapitanı Bədavi Hüseynov “Futbol+”in suallarına cavab verdi.

- Oyunu necə şərh edərdin, qırılma nöqtəsi harda idi?
- Ümumilikdə matç pis keçmədi. Birinci yarıda deyərdim ki, bərabər səviyyədəydik. Qol şansları yaratsaq da, istifadə edə bilmədik. Rəqib əks-hücumlar quraraq qapımızdan iki top keçirməyi bacardı. İkinci hissədə də üstünlük bizdə idi, rəqibi sıxdıq. Şanslardan istifadə edə bilmədik. Çətindi belə bir məğlubiyyət almağımız. Amma biz peşəkar səviyyədə oyuna hazırlaşırıq. Hər dəfə meydana eyni ruhda, qələbə üçün çıxırıq. Bəzən də bəxtimiz gətirmir. Soyuqqanlı ola bilərdik. "Sabah"ın üçüncü qolu vurması belə sonluğa səbəb oldu. Çalışacağıq ki, növbəti turlarda bu səhvlərə yol verməyək.

- Üçüncü qoldan əvvəl Belfodilin dirsəyi səni zədələdi, ağzın qanadı. Hakimin həmin epizodda oyunu dayandırmaması ilə bağlı nə deyərdin?
- Bəli, “Sabah”ın üçüncü qolunda təmiz qayda pozuntusu vardı.Amma hakim onu vermədi. Nəsə deməyimiz nəticəni dəyişmir. Bu barədə də çox şey danışmayacam. Hər şey aşkar görünürdü. Hakim səhvi olmasaydı, nəticə fərqli olardı.

- Nəyə görəsə "Sabah" la matçlarda "Qarabağ" daha çox qol buraxır. Hətta çempionluğu təmin edəndən sonra da ilk oyunda onlara belə hesabla məğlub olduz. Bunu nə ilə izah edərdiz?

- Bəli, "Sabah" güclü rəqibdi. Amma bu dəfə bəxtimiz gətirmədi. Birinci yarıda yaratdığımiz şanslar qolla nəticələnsəydi, oyun fərqli hesabla bitərdi. Təbii ki, "Sabah"ın əziyyətini yerə vurmaq istəmirəm. Çünki güclü komandadı. Həmişə onlarla oyunlarımız maraqlı keçir. Rəqibi təbrik edirəm. Bu futboldu, kim çox qol vurur, o qazanır. Keçmiş oyunlarımız da fərqli nəticələrlə bitib, bu gün belə alındı.

- Çempionluğu təmin etmisiz, kubokdan danışaq. Qarşıdan "Neftçi" ilə cavab oyunu gəlir. Cavabın ağır gələcəyini gözləmirsiz?
- Bəli, ona hazırlaşırıq. Güclü mübarizə gedəcək. Çünki itirməyə heç nə yoxdu,0:4 uduzublar. Hücumameyilli futbol oynayacaqlar.Biz gərək ilk oyunu unudaq. Elə bil ki, hesab sıfır-sıfırdı. Yaxşı hazırlaşmalı, mübarizə aparmalıyıq.

- Finalda rəqibinizin "Zirə", yoxsa "Qəbələ" olmasını istərdiz?

-Bizim üçün fərqi yoxdu. "Qəbələ" kubokda tam fərqli oynayır. Çempionatda "Zirə" güclü rəqibdi. Bu barədə ciddi düşünmürəm də. Çünki qarşıda cempionat oyunlarımız var. Finala çıxandan sonra o barədə fikirləşə bilərəm.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
17010
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11741
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5329
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5250
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3697
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3231
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3203
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2999
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
2991
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2739
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2663
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2494
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2370
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2257
Hidayət Heydərov dünya çempionu oldu
2023
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1887