AZ

Gürcüstanda unikal vəziyyət: Parlament seçkilərinə doğru yaranan dərin ixtilaf

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bir müddət əvvəl seçildiyi postda ilk ciddi sınağıyla üzləşib. Müxalifətin öz tərəfdarlarını paytaxt Tiflisdə etiraza çağırmasına baxmayaraq, hökumət “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməkdə qətiyyətini davam etdirir. Gürcüstan parlamenti bu qanun layihəsini birinci oxunuşda qəbul edib.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ və AB qanun layihəsiylə bağlı Gürcüstan hökumətinə təzyiqini artırıb:

“Amma bu da hökumətin mövqeyini dəyişməyib. Hakim Gürcü Arzusu Partiyası Gürcüstanın AB üzvlüyünü qarşısına hədəf qoysa da, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və medianın fəaliyyətini nəzarət altına almağa çalışır. Müxalifət və Qərblə yanaşı, Gürcüstan Prezidenti Salome Zurabişvili də bu qanunun əleyhinədir. Gürcüstanda unikal vəziyyət yaranıb. Gürcüstan prezidenti hökumətin qərarından xarici dövlət başçılarına şikayət edir. Baş nazir isə prezidenti xarici agent adlandırıb. Belə görünür ki, Gürcüstanda bu ilin oktyabr ayındakı parlament seçkiləri dərin ixtilaf içərisində keçiriləcək.

Seçilən
66
50
Mənbələr
Şərh ()
Bağla