AZ

Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur

style='margin-bottom:10px;'>

"Ayntraxt"ın müdafiəçisi Makoto Hasebe cari mövsümün sonunda karyerasını başa vuracaq.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı futbolçu kluba açıqlamasında bildirib: "Peşəkar futbolçu kimi 22 il oynadım. Artıq karyeramı bitirməyin vaxtı gəldi. Bu qərar haqqında çox düşündüm və indi hiss edirəm ki, doğru zamandır. Özümlə fəxr edirəm. və önümüzdəki həftələrdə mən bütün diqqətimi mövsümün son mərhələsinə həsr edəcəyəm".

Qeyd edək ki, Makoto 2008-ci ildə Yaponiyanın "Urava Red Diamonds" klubundan Almaniyaya köçüb. O, "Volfsburq", "Nürnberq" və "Ayntraxt" komandalarında oynayıb. Hasebe hazırda Bundesliqanın ən yaşlı oyunçusudur. Makoto klub səviyyəsində 700 oyun keçirib.

M. Hasebe Yaponiya millisinin heyətində 114 oyuna çıxıb, 2 qol vurub və 10 qolun ötürməsini verib.Həmçinin o, milli ilə 2011-ci ildə Asiya kubokunun qalibi olub, üç dünya çempionatında (2010-cu il, 2014-cü il və 2018-ci il) iştirak edib.

Seçilən
206
36
Mənbələr
Şərh ()
Bağla