AZ

Muslera milli karyerasını başa vurdu

Təcrübəli qolkiper, ulduz futbolçu  Fernando Muslera Uruqvay millisində karyerasını bitirdiyini açıqlayıb.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb. Təcrübəli qolkiper 2009-cu ildən indiyədək millidə 133 oyunda iştirak edib. Uruqvay yığmasının heyətində 2010, 2014 və 2018-ci il dünya çempionatı təşkilatlarında 16 dəfə forma geyinən Muslera heyətdə olsa da, DÇ-2022-nin heyətində oynamaq şansı qazanmayıb.Muslera həm də Uruqvay Milli Komandası ilə 2011-ci ildə Amerika Kubokunu qazanmağın sevincini yaşayıb. Qeyd edək ki, 37 yaşlı qapıçı 2011-ci ildən "Qalatasaray”da çıxış edir.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla