AZ

Sosial şəbəkələrdən pul qazanmağın “hörmətsiz” yolu: Evsiz qalan alimlə mənzil bağışlanan “manıs” təzadı

Son zamanlar sosial şəbəkələr həyatımızda mühim yer tutmağa başlayıb. Biznesini, karyerasını inkişaf etdirmək, xüsusilə də asan və hörmətsiz yollarla pul qazanmaq istəyənlər üçün bu şəbəkələrin önəmi daha çoxdur. Əsasən “Tik-Tok” və “Instagram” platformasının ölkəmizdə geniş yayılması və bir çox insanların burada yaydığı qeyri-etik nümayişlər isə cəmiyyətimizin pis formalaşmasına səbəb olur. Hələ televiziyalarımızda olan problemlərdən danışmırıq. İzlənmə və reytinq uğrunda kimi gəldi verilişlərinə dəvət edən, absurd məzmunlu verilişlər aparan aparıcılar və kanalların sayının az olmamasına rəğmən, televiziya mövzusu hər nə qədər yaralı yerimiz olsa da, bu yazıda, əsasən, sosial şəbəkələrin təsirinə toxunacağıq. Maraqlısı isə odur ki, mədəniyyət, tərbiyə və əxlaqi keyfiyyətlərdən uzaq olan bu şəxslərə dəstək olanlar da elə özümüzdən olan insanlardır. Xoşbəxtlikdən bu mövzu dövlətimizin diqqətindədir. Belə ki, cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar səbəbilə bəzi sosial şəbəkə istifadəçisi artıq qanunun tələblərinə uyğun cəzalandırılıb.

Təbii ki, bu platformalarda müsbət auralı həmvətənlərimiz heç də az deyil. Elm, təhsil, idman, maraqlı faktlar, faydalı məlumatlar və s. mövzulu çıxışlar edən səhifələr ürəyimizə bir az da olsa su səpir. Lakin daha çox gənc nəsilə xitab edən sosial şəbəkələr vasitəsilə, əsasən, mənfi ünsürlər təbliğ olunur. Bəs, bunun belə olmasına səbəb nədir? Nəyə görə savadlı, bacarıqlı insanlar maddi və mənəvi cəhətdən əziyyət çəkir, lakin sadaladığımız yollara müraciət edənlər əksinə?

Yəqin ki, çoxlarınız ötən günlərdə evindən çıxarılan alim Fazil İsmayılovdan xəbərdarsınız. Belə ki, çətin vəziyyətdə olan F.İsmayılov üçün 40 min məbləğində pul yığılmış və Heydər Əliyev Fondu tərəfindən 1 illik kirayə pulu ödəmişdi. Bu vəziyyət bir elm xadimi üçün hər nə qədər acınacaqlı olsa da, xalqımız və dövlətimizin ona sahib çıxması hələ bir ümidin olduğunu göstərərək bizi sevindirir. Həmçinin NASA-nın saytında səhv aşkarlayaraq təltif olunan Kənan Fərzəlili və Harvard Universitetinə qəbul olan Qəndab Məmmədova kimi həmvətənlərimizin uğuru onların daha çox sayğı və dəyərə layiq olduğunu göstərir. Ancaq F.İsmayılovun durumunu fikirləşəndə bu gənclərə gələcəkdə dəyər veriləcəyindən inanmaq bir az çətin olur. Məhz bu səbəblərə görə bir çox gənc təhsil almağa önəm vermir və yaxud xaricdə təhsilə üstünlük verir. Halbuki bizim ali təhsil müəssisələrinin hamısı dünya səviyyəli olmasa belə, bir neçə universitetimiz son zamanlar müəyyən tərəflərdən inkişaf etməyi bacarıb. Ancaq gəlin belə düşünənləri qınamayaq. Mən özüm də hazırda tələbəyəm və sadaladığımız hallarla, təəssüf ki, tez-tez rastlaşıram. Ölkəmizdə tələbələrin əksəriyyəti oxumaqla yanaşı, çətin işlərdə çalışaraq həyata tutunmağa çalışır. Bir neçə il sonra da misal çəkdiyimiz vəziyyətlə qarşılaşdıqda 4-5 illik zamana itki gözü ilə baxır.

Fikrimcə, Azərbaycan Avropa, Amerika və s. coğrafiyalardan həm bacarıq, həm savad, həm də digər yönlərdən geri qalmır ki, üstündür. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda savadlı, mədəni, bacarıqlı insanlara dəstək artacaq və cəmiyyətimiz yaxşı mənada daha da formalaşacaq. Ulu öndər Heydər Əliyevin də dediyi kimi “Təhsil millətin gələcəyidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
14521
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11503
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5259
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5204
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3622
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3166
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3162
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2949
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2682
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2661
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2364
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2241
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2152
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2035
Hidayət Heydərov dünya çempionu oldu
2016
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836